AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda abadlıq və xeyriyyə işləri davam edir

  • + A
  • - A
  • Dünən, 19:18

    Masallıda abadlıq və xeyriyyə işləri davam edir

    Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.

    Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Köhnə Alvadı ərazisində 1.2 km, Banbaşı ərazisində 300 metr, Çaxırlı ərazisində 300 metr, Mahmudavar kəndində 130 metr və Xıl ərazisində 100 metr məsafədə suaparıcı kanal təmizlənmişdir. Xırmandalı ərazisinin Ərəb kəndində təsərrüfat suyunun verilməsi tam təmin olunmuşdur.
    Masallı Elektrik Şəbəkəsi tərəfindən Türkoba ərazisinin Qəzvinoba kəndində yeni transformator quraşdırılmış, Çaxırlı ərazisində elektrik dirəyinin yeri dəyişdirilmiş, Yeyənkənd, Qarğalıq və Hişkədərə ərazisində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.

    Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən Qızılavar və Qəriblər kənd tam orta məktəblərində təmir işlərinə başlanılmışdır.

    Masallı Rayon İcra Hakimiyyətinin tərəfindən Təklə ərazisinin Mollahəsənli kəndində aztəminatlı ailənin evinin təmiri üçün tikinti materialları köməkliyi göstərilmiş, Xıl kəndində "Seyidlər" qəbiristanlığının kənar hasarları yenidən qurulmuş, Bədəlan ərazisində Ərkivan-Boradigah avtomobil yolunun Bədəlan kəndindən keçən hissəsində dayanacaq tikilmiş, Bədəlan ərazisində aztəminatlı ailələrə ərzaq yardımı göstərilmiş, Hişkədərə kənd tam orta məktəbində su çəni təmir edilmiş, Göyəçöl kəndində futbol meydançasında artezian su quyusu qazılmış, Tüklə kəndində aztəminatlı ailə üçün fərdi yaşayış evinin tikintisinə və Qızılağac ərazisində futbol meydançasının tikintisinə başlanılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR