Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumata əsasən 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 69371,5 min manat təşkil etmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artmışdır.
Bitkiçilik. 2025-ci il yanvar-iyun aylarında 8680,3 ha sahədə kartof, 1128,3 ha sahədə isə tərəvəz əkilmişdir.
2025-ci ilin məhsulu üçün yanvar-iyun aylarında 2618,2 ha sahədə payızlıq buğda, 970,0 hektar yazlıq arpa, 27,7 ha sahədə isə vələmir səpini aparılmışdır.
Rayonda yanvar-iyun aylarında 46 ha sahədə dən üçün qarğıdalı, 20 ha sahədə isə dən üçün günəbaxan bitkisi səpilmişdir.
Heyvandarlıq. 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 46650,0 sentner ət, 253420,0 sentner süd, 4398,0 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 8 min ədəd və ya 0,2 faiz, ət istehsalı 2494,0 sentner və ya 5,6 faiz, süd istehsalı 480,0 sentner və ya 0,2 faiz artmışdır.
2025-ci il iyul ayının 1-i vəziyyətinə 40875 baş iribuynuzlu mal-qara (ondan 20049 baş inək və camış), 206951 baş qoyun və keçi, 74 baş donuz mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 339 baş (0,8 faiz), ondan inək və camışlar 367 baş (1,9 faiz), donuzların baş sayı 11 baş (12,9 faiz) azalmış, qoyun və keçilər isə 93 baş (0,1 faiz) artmışdır.
Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov