AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

  • + A
  • - A
  • Bu gün, 17:55

    Masallıda rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

    20 avqust 2025-ci il tarixdə rayonun Miyanku kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, 3-nün müsbət həll olunduğunu və 1 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Miyanku ərazisində şəhid Elvin Mirzəyevin adına küçəyə 460 metr, kənddaxili küçəyə 140 metr məsafədə asfalt örtüyü döşənmiş, ərazi üzrə 4.1 km məsafədə kənddaxili yollar cari təmir olunmuş, ərazidə 1 ədəd transformator, 17 ədəd yararsız elektrik dirəyi və 250 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Kubin kəndində 100 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 250 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 150 ədəd olmaqla ümumilikdə 400 ədəd ağac əkilməsi, Kubin kənd məscidinin daxili və xarici fasadının təmir olunması, Nəzəroba kənd məscidinə mərasim keçirilməsi üçün avadanlıqların alınması, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.



    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR