Masallı rayonu ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə və yollarda genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyəti, bələdiyyə və xeyriyyəçilərin birgə təşəbbüsü ilə 2023-2025-ci illəri əhatə edən dövrdə rayon ərazisində ümumilikdə 78.652 km məsafədə asfalt örtüyü, 274.725 km məsafədə çınqıl döşənmiş və 208.634 km məsafədə yol qreyderlə hamaralanmışdır. Rayon ərazisində yollarda aparılan təmir-bərpa işləri nəticəsində həm yolların təhlükəsizliyi artır, həm də əhalinin gündəlik həyatı üçün rahat şərait yaradılır.
Masallı Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi bu kimi layihələr əhalinin rifahına xidmət edən siyasətin bariz nümunəsidir.
Gələcəkdə də yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.