AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müavin təyinatı olmuşdur

  • + A
  • - A
  • Bu gün, 15:22

    Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müavin təyinatı olmuşdur

    25 avqust 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Musalı Süleyman Asif oğlu Masallı Rayon İcra Hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur.

    20 avqust 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən daxili müsahibə imtahanı keçirilmiş və müsahibədə yüksək nəticə əldə etmiş Musalı Süleyman Asif oğlu komissiyasının qərarına əsasən vakant olan vəzifəyə uyğun hesab edilmişdir.

    Məlumat üçün bildiririk ki, Musalı Süleyman Asif oğlu bu vəzifəyə qədər Masallı Rayon İcra Hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasib vəzifəsində çalışmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR