AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri Qızılağac kəndində şəhid məzarlarını ziyarət etdi

  • + A
  • - A
  • Dünən, 18:48

    Masallıda rayon rəhbəri Qızılağac kəndində şəhid məzarlarını ziyarət etdi

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.


    Bütün qeyd olunanlara nümunə olaraq 27 avqust 2025-ci il tarixdə rayonun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə ərazidə olan şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər qərənfillər düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.


    Ərazidə dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR