AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının İcra başçısı Qızılağac kəndində aztəminatlı ailə üçün tikilmiş evə baxış keçirilib

  • + A
  • - A
  • Dünən, 17:33

    Masallının İcra başçısı Qızılağac kəndində aztəminatlı ailə üçün tikilmiş evə baxış keçirilib

    Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə rayonda bir sıra sosial layihələr həyata keçirilir.
    Belə ki, Qızılağac kəndində xeyriyyəçilərin maddi dəstəyi ilə aztəminatlı ailə üçün fərdi yaşayış evi tikilmişdir.

    27 avqust 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri birlikdə rayonun Qızılağac kəndində aztəminatlı ailə üçün tikilmiş fərdi yaşayış evinə baxış keçirmiş və görülən işlərlə yerində tanış olmuşlar.

    Rayon rəhbəri ziyarət zamanı aztəminatlı ailələrin hərzaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atıldığını bildirmişdir.

    Qeyd edirik ki, Qızılağac kəndində aztəminatlı ailə üçün tikilmiş fərdi yaşayış evində hazırda son tamamlama və təmir işləri aparılır.
    Ailə onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və xeyriyyəçilərə dərin minnətdarlıqlarını ifadə etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR