Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Belə ki, Xırmandalı ərazisində şəhid Rizvan Baxışovun ailəsinə məxsus evin təmiri üçün tikinti materialları köməkliyi göstərilmiş və şəhidlərin şəkili olan lövhə yenisi ilə əvəz olunmuş, Banbaşı ərazisində şəhid Emil Əzizovun adını daşıyan küçəyə şəhid adı olan lövhə vurulmuş, Qarğalıq kəndində Şəhidlər abidə-kompleksinin qarşısına çınqıl döşənmiş, Çaxırlı kəndində şəhid Ağamalı Agayev adına olan bulağa 200 metr məsafədə su xətti çəkilmiş, Yeyənkənd ərazisində şəhid Cəmil Eyvazovun ailəsinə məxsus evə internet xəttinin çəkilməsi təmin olmuşdur. Banbaşı kəndində şəhid Elmir Akifzadənin adına olan bulağın əsaslı təmirinə başlanılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.