AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Ali məktəblərə yüksək balla qəbul olmuş abituriyentlərlə görüş

  • + A
  • - A
  • Bu gün, 16:17

    Masallıda Ali məktəblərə yüksək balla qəbul olmuş abituriyentlərlə görüş

    02 sentyabr 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə görüş keçirilmişdir.

    Öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ərazi nümayəndələri, bələdiyyələr, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak etmişlər.

    Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.


    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, 2024-2025-ci tədris ilini uğurla başa vurub, həm buraxılış həm də Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri, onların üzərində zəhməti olan müəllimlərini və valideynlərini təbrik edirəm. Rayonumuz üzrə yüksək nəticələr əldə etmiş və Ali məktəblərə qəbul olan gənclərin çox olması bizi də çox sevindirir.

    Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sitatına əsaslanaraq arzu edirəm ki, qəbul olunduğunuz Ali məktəblərdə təhsilinizi yüksək səviyyədə davam etdirib, ixtisaslaşmış kadr kimi rayonumuzda fəaliyyət göstərəsiniz. Bu gün ölkəmizdə cənab Prezident tərəfindən aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət sizlərin gələcəyə nikbin baxmağınıza, arzularınızı həyata keçirməyinizə əsas verir.

    Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev ötən tədris ilində ümumi təhsil məktəblərinin XI siniflərini bitirmiş 1800 məzundan 985 nəfəri ali məktəblərə qəbul olmaq üçün qeydiyyatdan keçdiyini, onlardan 700 nəfəri ali məktəblərə qəbul olduğunu, ali məktəblərə qəbul olan məzunlardan 35 nəfərinin 600 baldan, 61 nəfərinin isə 500 baldan yuxarı nəticə göstərdiyini bildirmişdir. Həmçinin 500 baldan yuxarı nəticə göstərən məzunlardan 36 nəfərini, 600 baldan yuxarı nəticə göstərən məzunlardan isə 17 nəfərini qızlar təşkil etdiyini qeyd etmişdir.


    Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Masallı təhsildə qazanılan uğurlardan danışaraq Ali məktəblərə qəbul olmuş abituriyentləri təbrik edərək onlara uğurlar arzulamışdır.

    Sonda 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR