Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Belə ki, Tüklə ərazisinin Məmmədoba kəndində şəhid Rüstəm Ağayev küçəsinə 600 metr, Banbaşı kəndində şəhid Mürüvvət Abdullayev küçəsinə 230 metr məsafədə asfalt örtüyü döşənmişdir. Tüklə ərazisinin Məmmədoba kəndində şəhid bulağının qarşısına asfalt örtüyü döşənmişdir. Mahmudavar ərazisində şəhid Ehtiram Abbasov adına olan küçədə 800 metr məsafədə gecə işıqlandırma sisteminin quraşdırılmışdır. Xırmandalı ərazisində şəhidlərin şəkili olan lövhə yenisi ilə əvəz olunmuşdur.
Çaxırlı kəndində şəhid Ağamalı Ağayev adına olan bulağ təmir edilmiş, şəhid atası Nurəddin Bağırova tikinti materialları köməkliyi göstərilmişdir. Köhnə Alvadı ərazisində şəhid Zöhrab Həsənovun ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.