AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra başçısı səyyar görüş qəbul keçirdi

  • + A
  • - A
  • Bu gün, 16:00

    Masallı rayon İcra başçısı səyyar görüş qəbul keçirdi

    17 sentyabr 2025-ci il tarixdə rayonun Sirəbil kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını və məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Sərçuvar kəndinin mərkəzi yolu 1.5 km məsafədə cari təmir olunmuş, 1.3 km məsafədə kənddaxili yola çınqıl döşənmiş, Ərazidə 6 ədəd elektrik dirəyi və 200 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, ərazidə 150 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 900 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 450 ədəd olmaqla ümumilikdə 1350 ədəd ağac əkilməsi, Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsinin yaşadığı küçəyə 350 metr məsafədə asfalt örtüyünün döşənmasi, Şəhid Elşən Eyvazovun ailəsinin yaşadığı küçəyə 200 metr məsafədə asfalt qırıntısının döşənməsi, Sərçuvar kənd məscidinin və mərasim evinin fasadının rənglənməsi, Sirəbil kəndinin girişində şəhidlər bulağı inşa edilməsi və 2 km məsafədən içməli su xəttinin çəkilməsi, Sərçuvar kəndinin giriş lövhəsinin təmir olunması, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR