AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “İnsan alveri cinayətlərinin təhlili” layihəsi çərçivəsində görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 10:44

    Masallıda “İnsan alveri cinayətlərinin təhlili” layihəsi çərçivəsində görüş keçirilib

    19 sentyabr 2025-ci il tarixdə Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti və “Polisə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İnsan alveri cinayətlərinin təhlili” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunmuşdur.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova insan alveri faktlarına rayonda rast gəlinmədiyini bildirmiş, lakin gənc nəslin nümayəndələrinin potensial risk qrupuna daxil olunduğundan mövzunun aktual olmasını qeyd etmişdir.

    Daha sonra “Polisə Dəstək” İctimai Birliyinin layihə rəhbəri Şəmsəddin Əliyev geniş məruzə ətrafında çıxış edərək insan alverinin qarşısının alınması istiqamətində qəbul edilmiş beynəlxalq və yerli qanunvericilik aktları və onların tətbiqi barəsində məlumat vermişdir.

    Tədbirdə çıxış edən layihənin ekspert hüquqşünası Aydın Kərimov, Müstəqil Hüquqşünaslar Mərkəzinin əməkdaşı Kəmalə Soltanova, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin əməkdaşı Fuad Kərimli insan alverinin növləri və qurbanları haqqında, insan alverinə qarşı mübarizə üsullarından söhbət açmışlar.

    Tədbiri davam edən Masallı rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Nəsimi Cəfərov insan alveri ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza növləri, internet saytları və sosial şəbəkələrin vasitəsilə insanların aldanılması, kiber cinayətlər haqqında məlumat vermiş, insan alveri qurbanına çevrilməməyinə dair müvafiq tövsiyələr etmişdir.

    Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR