AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konstitusiya və Suverenlik İli: Dövlətçilik tariximizin möhtəşəm mərhələsi

  • + A
  • - A
  • Bu gün, 15:44

    Konstitusiya və Suverenlik İli: Dövlətçilik tariximizin möhtəşəm mərhələsi

    2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu qərar xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin, dövlətimizin konstitusiya əsaslarının möhkəmlənməsinin və suverenliyin qorunmasının əhəmiyyətini bir daha ön plana çıxarır.

    Müasir dövrdə hüquqi termin kimi işlədilən "konstitusiya" sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir.


    Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir.

    Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin ali hüquqi qüvvəyə malik sənədidir. İlk dəfə 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Konstitusiya, Azərbaycanın müasir hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasında tarixi dönüş nöqtəsi olmuşdur.

    Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə demokratik təsisatların əsası qoyuldu, insan hüquqlarının qorunması beynəlxalq standartlara uyğun olaraq təmin edildi. İllər ərzində aparılan islahatlar isə bu sənədi daha da təkmilləşdirdi və xalqın iradəsinə uyğunlaşdırdı.

    Azərbaycan Respublikasının Konstitusiyasında iqtisadi məsələlər də ayrıca bölmə ilə əhatə olunur. Burada əsas məqamları qısaca qeyd edirəm:
    1. Mülkiyyət
    2. Azad sahibkarlıq hüququ
    3. Təbii ehtiyatlar
    4. İqtisadi inkişaf və dövlət
    5. Sosial inkişaf və dövlət

    Yəni Konstitusiyamızda iqtisadi əsaslar bazar iqtisadiyyatı, mülkiyyətin müxtəlifliyi, sosial yönümlülük və sahibkarlıq azadlığı prinsipləri üzərində qurulur.

    Suverenlik hər bir dövlətin müstəqilliyinin əsasıdır. Azərbaycan xalqı tarixi boyunca dəfələrlə öz suverenliyi uğrunda mübarizə aparmışdır. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın taleyində dönüş yaratdı və bu gün həmin müstəqillik daha da möhkəmlənərək dönməz xarakter aldı.

    Müasir dövrdə Azərbaycanın milli maraqlarını qorumaq, ərazi bütövlüyünü bərpa etmək, beynəlxalq arenada söz sahibinə çevrilmək suveren dövlətimizin ən böyük nailiyyətlərindəndir. Bu uğurlar, eyni zamanda, dövlət idarəçiliyinin hüquqi əsaslarını müəyyən edən Konstitusiyamızın möhkəmliyi ilə sıx bağlıdır.




    Masallı Rayon Statistika İdarəsinin
    aparıcı məsləhətçisi Savalan İsgəndərli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR