AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra Hakimiyyətinin başçısı Böyük Kolatan ərazisində səyyar qəbul keçirdi

  • + A
  • - A
  • Bu gün, 15:00

    Masallıda İcra Hakimiyyətinin başçısı Böyük Kolatan ərazisində  səyyar qəbul keçirdi

    24 sentyabr 2025-ci il tarixdə rayonun Bala Kolatan kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 1 nəfər vətəndaş tərəfindən 1 məsələ qaldırıldığını və məsələnin müsbət həll olduğunu bildirmişdir.

    Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Böyük Kolatan kəndinin mərkəzi yolu 4 km məsafədə cari təmir olunmuş, ərazidə 180 metr məsafədə kənddaxili yola asfalt örtüyü döşənmiş, Böyük Kolatan-Bağıroba-Xanalıyan kənd yoluna 1.7 km məsafədə çınqıl döşənmiş, Ərazidə 2 ədəd transformator, 38 ədəd elektrik dirəyi və 800 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, ərazidə 100 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 200 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 100 ədəd olmaqla ümumilikdə 300 ədəd ağac əkilməsi, Böyük Kolatan kəndinin giriş qapısının əsaslı təmir edilməsi, Böyük Kolatan kəndində yeni mini futbol meydançası, voleybol meydançası və futbol stadionunun tikilərək istifadəyə verilməsi, Bala Kolatan kəndində futbol stadionunun tikintisi üçün 0.70 ha torpaq sahəsinin ayrılması, ərazidə olan kəndlərin girişinə yeni istiqamətləndirici lövhələrin quraşdırılması, ərazidə 53 ədəd gecə işıqlandırma dirəklərinin yenisi ilə əvəz olunması, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR