AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı barədə

  • + A
  • - A
  • Bu gün, 18:44

    Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının  80-ci sessiyasında çıxışı barədə

    Prezident İlham Əliyev 25 sentyabr 2025-ci ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. O, mürəkkəb beynəlxalq vəziyyətdə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin qorunmasının zəruriliyini vurğuladı. Qeyd olundu ki, beynəlxalq hüquq bütün ölkələr üçün eyni səviyyədə tətbiq edilməli, ikili standartlara yol verilməməlidir.

    Azərbaycan lideri regional sabitliyin bərqərar olması üçün dialoq və əməkdaşlığın vacibliyini diqqətə çatdırdı. O, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərdən danışaraq sülh təşəbbüslərinin dəstəklənməsinin önəmli olduğunu bildirdi.

    Çıxışda humanitar fəaliyyət də xüsusi yer aldı. Dövlət başçısı Azərbaycanın bir çox ölkəyə müxtəlif dövrlərdə yardım göstərdiyini, pandemiya zamanı isə 80-dən çox dövlətə tibbi vasitələr və digər vacib resurslar göndərildiyini xatırlatdı. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdən biri kimi qiymətləndirildi.

    Enerji və nəqliyyat layihələrinə toxunan İlham Əliyev Azərbaycanın strateji mərkəzə çevrildiyini, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin dünya üçün əhəmiyyətini ön plana çıxardı. O, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin və yeni əməkdaşlıq imkanlarının önəmini xüsusi qeyd etdi.

    Çıxışın yekununda dövlət başçısı dünyanı narahat edən terrorizm, ekstremizm, sosial bərabərsizlik və pandemiya kimi problemlərə qarşı vahid mövqedən çıxış etməyin vacibliyini vurğuladı. O, beynəlxalq təşkilatları və dövlətləri ədalətli, hüquqa əsaslanan və davamlı gələcək naminə birgə hərəkətə səslədi.



    Şahverdiyev Əlövsət,
    Masallı rayon Lürən kənd tam orta məktəbinin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR