AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan bölgədə dayanıqlı sülhün təminatçısıdır

  • + A
  • - A
  • Bu gün, 17:17

    Azərbaycan bölgədə dayanıqlı sülhün təminatçısıdır

    Prezident İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımları diqqətə çatdırıb.

    Dövlət başçısı qeyd edib ki Azərbaycan regional təhlükəsizliyin sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biridir və ölkəmiz Cənubi Qafqazda münaqişə dövrünü geridə qoyaraq inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyub.

    Prezident vurğulayıb ki Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr region xalqlarının rifahına yönəlib və dövlətlərin qarşılıqlı maraqlarının təmin olunmasına xidmət edir.

    Çıxışda xüsusi olaraq bildirilib ki beynəlxalq hüquqa hörmət dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın xarici siyasət kursunun əsasında dayanır və bu prinsiplərə sadiqlik dayanıqlı sülhün əsas şərtidir.

    Prezident İlham Əliyev həmçinin diqqətə çatdırıb ki bölgədə uzunmüddətli sabitlik yalnız qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi və ədalətli yanaşma ilə mümkündür və Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atmağa hazırdır.

    Azərbaycanın təşəbbüsləri regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır iqtisadi layihələr sosial proqramlar və infrastruktur təşəbbüsləri xalqlar arasında birliyi gücləndirir və dayanıqlı inkişafın təmin olunmasına zəmin yaradır.

    Prezidentin çıxışı bir daha göstərdi ki Azərbaycan yalnız regionda deyil həm də qlobal miqyasda sülhün və əməkdaşlığın etibarlı tərəfdaşıdır və beynəlxalq münasibətlərdə konstruktiv mövqeyi ilə seçilir.


    YAP Masallı rayon təşkilatının məsləhətçisi,
    Eldar Kazımov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR