07 oktyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətində 26 sentyabr tarixində keçirilmiş “Çəltik və Düyü festivalı”nda fəal iştirak edən sahibkarlar, fermerlər və restoran kollektivləri Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunublar.
26 sentyabr 2025-ci il tarixində keçirilmiş festivalda Masallı rayonunun kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər və yerli ictimai iaşə müəssisələri öz məhsulları ilə çıxış etmiş, milli mətbəximizin düyü ilə hazırlanan ləziz təamları nümayiş etdirilmişdir. Festival regionda kənd təsərrüfatı və aqroturizmin inkişafına töhfə verməklə yanaşı, yerli istehsalın və milli dəyərlərin təbliği baxımından da əhəmiyyətli olub.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, 2 sahibkar, 3 fermer və 10 restoran kollektivi “Fəxri Fərman”la təltif edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi qeyd edib ki, bu kimi festivallar kənd təsərrüfatı ənənələrinin qorunması, yerli istehsalçıların təşviqi və turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Təltif olunanlar yaradılan şəraitə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.