AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ümumdünya statistika günü” ilə əlaqədar Masallı rayonunda ümumrayon tədbiri keçirilmişdir

  • + A
  • - A
  • Bu gün, 18:30

    “Ümumdünya statistika günü” ilə əlaqədar Masallı rayonunda ümumrayon tədbiri keçirilmişdir

    ​Masallı Rayon Statistika İdarəsi tərəfindən “Ümumdünya statistika günü” ilə əlaqədar Asan xidmət mərkəzinin kino zalında ümumrayon tədbiri keçirilmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir.

    Tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, rayonun təhsil, səhiyyə və mədəniyyət sektoru üzrə nümayəndələrinin, bələdiyyə, ərazilər üzrə icra nümayəndələrinin və sahibkarların statistik hesabat təqdim edən məsul əməkdaşları olmaqla 120 statistik vahid iştirak etmişdir.

    ​Tədbiri giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə bu günün təsis edilməsində məqsədin statistikanın cəmiyyətin inkişafında rolunu vurğulamaq, rəsmi statistikanın etibarlılığını, peşəkarlığını və faydasını nümayiş etdirmək, statistika mədəniyyətini, şəffaflığını və məlumat mübadiləsini təşviq etmək olduğunu qeyd etmişdir. Milli statistika sisteminin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    İdarə rəisi çıxışında rayon rəhbəri cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirmiş və rayon rəhbərliyinin idarəetmə prosesində, rayonun sosial-iqtisadi inkişaf prosesində statistik məlumatların obyektivliyinə və etibarlılığına xüsusi önəm verdiyini vurğulayaraq, onların tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini qeyd etmişdir.

    ​Masallı Rayon İcra Hakimiyyəti Aparatında şöbə müdirinin müavini Niyazi Bağırov çıxış edərək icra başçısı cənab Araz Əhmədovun “Ümumdünya Statistika günü” münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin statistik məlumatların dövlət idarəçiliyində, sosial-iqtisadi inkişafın planlaşdırılmasında və qərarların qəbulunda mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

    ​Daha sonra Masallı Rayon Statistika İdarəsinin əməkdaşları Ülfət Məmmədov, Tərahim Kərimli, Savalan İsgəndərli, Elmin Əliyev və Babək Abdullayev tərəfindən idarənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, əhalinin demoqrafik göstəriciləri, təbii artımın və doğumun azalma səbəbləri, gec nikah tendensiyası, ölənlərin səbəbləri, süni intellektin statistikada tətbiqi və sahibkarlar statistika ilə bağlı nələri bilməlidir mövzularında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırmışdırlar.
    ​Həmçinin, statistikada 45 illik əmək fəaliyyəti ilə fərqlənən veteran işçi Aydın Nurəliyev öz çıxışında statistikanın inkişaf mərhələləri və yadda qalan peşə təcrübələrindən bəhs etmişdir.


    Sonda Masallının statistik göstəricilərinin rəqəmlərdə əks olunmasına birlikdə töhfə vermək üçün tədbir iştirakçılarından sosial media hesablarında #Masallırəqəmlərdə həştəqi ilə tədbirdən şəkillər, statistikaya dair maraqlı fikirlər, qısa status və ya videolar üzrə paylaşımlar edilməsi xahiş olunmuşdur.

    MASALLI RAYON STATİSTİKA İDARƏSİ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR