Masallı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən növbəti səfər Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən gerçəkləşdirilib.
10 oktyabr tarixində Millət Vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyev Masallı rayonunun Banbaşı kəndinə səfər edərək Vətən müharibəsi şəhidi Akifzadə Elmir Gündüz oğlunun məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Daha sonra şəhidin ailəsi ilə görüşən deputat köməkçiləri ailənin qayğıları ilə maraqlanıb, onların fikirlərini və ehtiyaclarını dinləyiblər. Görüş zamanı deputat Məşhur Məmmədovun səmimi salamları və dərin hörməti ailəyə çatdırılıb.
“Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın ailələrinə diqqət göstərmək bizim mənəvi borcumuzdur,”
– deyə deputatın köməkçiləri qeyd ediblər.
Onların sözlərinə görə, Məşhur Məmmədovun təşəbbüsü ilə Masallı rayonunda şəhid ailələrinin sosial rifahı və mənəvi dəstəyi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi ziyarətlər həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.