AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

  • + A
  • - A
  • Bu gün, 19:30

    Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

    Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərin təsiri altında olmasına dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

    Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq *1000* ədəd psixotrop tərkibli metadon həbi, narkotik vasitə tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən edilib.

    Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR