AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda yerli gənclər üçün ekoloji layihənin icrası davam edir

  • + A
  • - A
  • Dünən, 22:23

    Cəlilabadda yerli gənclər üçün ekoloji layihənin icrası davam edir

    “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 11 oktyabr tarixində Cəlilabad şəhərində “İqlim dəyişmələri və onun ətraf mühitə təsirlərinə dair maarifləndirmə” layihəsi ilə əlaqədar 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edilmişdir.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirilən təlim kursunda Cəlilabad rayonu üzrə 16-29 yaş arası 25 nəfər gənc olmaqla, 20 nəfər qız və 5 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi cənab Vüqar Cavadov, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun üzvü – vəkil Feyruz Əmənullayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

    Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan təlim kursunda işçi heyətlə iştirakçılar arasında iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri sahəsində bir çox mövzuların – “İqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, Ətraf mühitin qorunması, meşə və su ehtiyatlarının mühafizəsi, Tullantılar və onların idarə olunması, Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və Ekologiya hüququ: Ekoloji qanunvericilik – təbiətdən istifadə və təbiəti mühafizə” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir.

    Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.
    Təlimin sonunda bütün iştirakçılara sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim edilmişdir.

    Qeyd edək ki, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

    MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR