AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə külçələr tapıldı - Kənd nəzarətə götürüldü

  • + A
  • - A
  • 14-07-2021, 07:49

    Ağcabədidə külçələr tapıldı - Kənd nəzarətə götürüldü

    Ağcabədi rayonunun Hacılar kəndində əvvəllər bilinməyən xəzinə aşkarlandığı iddia olunur.

    AzadMedia.az haqqın.az-a istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hazırda kənd polis tərəfindən nəzarətə götürülüb və orada tədqiqat işləri aparılır.

    Hər şey Vətən müharibəsi zamanı ermənilərin Hacılar kəndini dəfələrlə atəşə tutması və yerli sakinlərin evlərinə ziyan vurması ilə başladı. 53 yaşlı Tələt Quliyevə məxsus evə də ziyan dəydi. T.Quliyev Bakıda yaşayırdı və bu yay doğma kəndinə ata evini bərpa etmək üçün yollanıb.

    Bir neçə gün əvvəl qazıntı işi apararkən yer altından sarı külçələr çıxıb. Kənd sakinlərinin sözlərinə görə, dərhal dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.

    “Məmurlar gəldi. Külçələrdən nümunələr götürüb laborator araşdırma üçün aparıldı. Hələlik heç bir məlumat yoxdur”, - deyə yerli sakinlər bildirib.

    Tələt Quliyev söyləyib ki, kəndlərindən vaxtilə başlanğıcını Kəlbəcər dağlarından götürən çay axırmış:

    “Uşaqlıqda biz hətta həmin çayda çimirdik. Ancaq Qarabağdakı müharibədən bir müddət əvvəl çay qurudu. Ola bilər, axıntı bu külçələri həyətimizə gətirib. Onların qızıl olduğunu deyə bilmərəm, rəsmi məlumat hələ ki yoxdur”.

    O əlavə edib ki, külçələrin tapıldığı ərazinin şəklini çəkmək dövlət orqanları tərəfindən qadağan edilib.

    T.Quliyevin sözlərinə görə, külçələrin qızıl olduğu təsdiqlənərsə, dəyərinin 25%-i ona veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR