AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü külək Qərb bölgəsində fəsadlar törədib

  • + A
  • - A
  • 11-08-2021, 22:10


    Güclü külək günorta və axşam saatlarında Qərb bölgəsinin bir neçə rayonunda fəsadlar törədib, ağaclar sınıb, elektrik enerjisinin verilməsi dayandırılıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, sərt hava şəraiti Daşkəsən rayonu ilə yanaşı, Göygöl rayonunda da fəsadlar törədib, ağaclar sınıb. Bəzi vətəndaşların fərdi təsərrüfatına ziyan dəyib.

    Hazırda Daşkəsən və Göygöl rayonlarında güclü ildırım çaxır, yağış yağır.

    Daşkəsən, Şəmkir, Göygöl, Samux rayonlarında, həmçinin Gəncə şəhərində küləkli hava şəraiti müşahidə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR