AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərdabda molla baş molladan şikayətçidir - "...camaatın gözü qarşısında hədələyərək pul tələb etdi"

  • + A
  • - A
  • 4-01-2017, 13:21

    Zərdabda molla baş molladan şikayətçidir - "...camaatın gözü qarşısında hədələyərək pul tələb etdi"

















    “Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyev məni yas məclisində camaatın gözü qarşısında hədələyərək pul tələb etdi”.

    Bu sözləri Moderator.az saytının əməkdaşı ilə söhbətində Zərdab rayon Allahqulu bağı kənd Cümə məscidinin İmamı Hacı Zakir Məmmədov bildirdi. O həmçinin qeyd edib ki, Feyzulla Tağıyev cənazə namazı qılan bütün mollalardan pul tələb edir:

    "Ona deyəndə ki, camaat imkansızdır, şəriyyətə görə cənazə namazı qıldığımız üçün hüzr sahibindən pul istəmək günahdır, deyir mənə dəxli yoxdur, zorla da olsa istəyib alın, gətirin verin mənə. Mən onun bu qanunsuz tələblərini yerinə yetirmədiyimə görə dünən bir məclisdə camaatın gözünün qabağında qolumdan tutub sürüyərək zorla çölə çıxarmaq istədi. Bu açıq-aşkar reketlikdir. Özünə din xadimi, axund deyən adam belə yüngül və mərifətdən kənar hərəkət etməməlidir. Rayonun baş mollası xalqın gözü qarşısında, böyük bir məclisdə belə aşkar reketlik edirsə, sadə insanlar ondan hansı nümunəni götürsünlər? İnsanlarda dinə, onun təbliğatçılarına qarşı inam hissini bu qədər öldürmək olmaz axı! Mənə qarşı bu cür nalayiq hərəkət həm özümə, həm də inanclı insanlara mənəvi zərbədir. Odur ki, Feyzulla Tağıyevin bu cür din xadiminə yaraşmayan hərəkətlərindən həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də QMİ-nə şikayət vermişəm. Araşdırılmasını gözləyirəm".

    Onu da qeyd edək ki, bir neçə gün öncə DQİDK-nin sədri Mübariz Qurbanlı reket mollaları kəskin tənqid etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR