Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
TƏBİB-dən
AzadMedia.az-a bildirilib ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub. O, ixtisasca nefroloqdur.
Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu.
Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.