AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocavənd və Tərtər rayonları istiqamətlərində mövqelərimiz atəşə tutuldu

  • + A
  • - A
  • 13-03-2022, 10:00

    Xocavənd və Tərtər rayonları istiqamətlərində mövqelərimiz atəşə tutuldu


    Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.
    Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
    Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR