AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Balakəndə yeni subartezian quyusu qazılır - FOTO

  • + A
  • - A
  • 11-07-2022, 13:00

    Balakəndə yeni subartezian quyusu qazılır - FOTO


    Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. 2022-ci ilin 5 ayı ərzində daş-beton bəndlərdə rayonun şəhər ərazisinin mühafizəsi üçün 200 kub metr həcmində cari təmir işləri yekunlaşıb, əlavə olaraq şəhər ərazisi üçün 1300 kub metr, Salban kəndini müdafiəsi üçün isə 700 kub metr həcmində cari təmir işləri üçün hazırlıq işlərinə başlanıb.

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, əlavə olaraq isə suvarmada su itkisinin qarşısının alınması və səmərəliliyin artırılması məqsədilə 3 km uzunluğunda torpaq məcralı kanalın beton üzlüyə alınması işləri üçün hazırlıqlara başlanılıb. Hazırda idarənin texnikaları vasitəsilə Balakən çayda məcra təmizləmə işləri davam edir. Görülən işlər ətraf əraziləri sel sularından mühafizə edir.

    Balakəndə suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu və eləcədə 90 artezian quyusu ilə aparılır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Rayonda 209 km uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 km təsərrüfat arası kanallar, 169 km isə təsərrüfat daxili kanallardır. 2022-ci ilin yanvar ayından etibarən suvarmaya hazırlıqla əlaqədar kanallarda 113 min kub metrdən artıq həcmdə təmizləmə işləri aparılıb. Bundan əlavə əhalinin suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusundan 3-ü artıq qazılaraq istifadəyə verilib, 8 ədəd yeni quyunun qazılması üçün isə ərazilərə baxış keçirilərək layihələndirilib.

    Qeyd edək ki, rayonda kin sahələrini suvarma suyu ilə təmin edən idarənin balansında 8400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2252 hektar əkin sahəsi, 3778 hektarı həyətyanı sahə və 2370 hektarı çoxillik əkmələrdir. Onu da qeyd edək ki, Balakən rayonu ölkənin sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti, Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbulçay, İnterçay və.s dağ çaylarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR