AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhərində 28 küçəyə asfalt döşənəcək

  • + A
  • - A
  • 21-07-2022, 13:51

    Masallı şəhərində 28 küçəyə asfalt döşənəcək

    Masallı şəhərində 28 küçəyə asfalt döşənəcək.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri cari ildə də davam etdirilir, yollar və xiyabanlar əsaslı təmir olunur, abadlıq –quruculuq işləri sürətlənir. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində 42 küçəyə asfalt döşənib.

    Bu il də, bir neçə gündən sonra Masallı şəhərinin 28 küçəsinə, 36655 kvadratmetr yola asfalt döşənəcək. Söhbət şəhərin Nizami, Anar Novruzov (Kosakül), Koroğlu (İsgəndərli), Mehdi Hüseyn (Dadva), Ə.Topçubaşov (Dadva), Həsən Əliyev, M.F. Axundov, Xurşidbanu Natəvan, Cavadxan, C.Məmmədquluzadə, Ş.Mustafayev, M.Maqomayev, Rəsul Rza, Ə.Hüseynzadə, Mir Cəlal Paşayev, S.Mehmandarov, Niyaməddin Sultanzadə, Zöhrab Adıgözəlov, Mirzə İbrahimov, Yusif Vəzir Çəmənzəminli, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Dadva döngəsi 1 və 2, S.Məmmədov döngəsi 1 və 2, Vüsal Hadıyev, Cəfər Cabbarlı döngəsi 1 ünvanlarındakı küçələrin asfalt döşənməsindən gedir.

    Artıq bu istiqamətdə işlərə start verilib. Şəhərin həmin istiqamətindəki yollar kol-kosdan, zibildən təmizlənir.

    19 iyul 2022-ci ildə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və əlaqədar təşkilatların rəhbərləri həmin küçələri gəzmiş, asfalt vurulmamışdan qabaq hazırlıq işlərini müzakirə etmişlər.

    Məmmədhüseyn Hüseynov həmin təşkilatların məsul rəhbərlərinə tapşırıqlar vermiş, qısa müddətdə asfalt vurulması işinə başlamağı tövsiyə edib. O, bu məsul işin nəzarətdə saxlanıldığını bildirib.

    Şəhər sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər.

    Hazırda Masallı şəhərində asfaltlanma işlərinə hazırlıq davam etdirilir.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR