AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda dəhşətli yanğın - Ana və azyaşlı övladları öldü+Yenilənib

  • + A
  • - A
  • 7-09-2022, 09:00

    Masallıda dəhşətli yanğın - Ana və azyaşlı övladları öldü+Yenilənib


    Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

    AzadMedia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.

    Belə ki, yaşayış evində baş verən hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

    Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Masallı rayonunun Hüseynhacılı kəndində baş verən yanğının təfərrüatları bəlli olub.

    AzadMedia.az APA -ya istinadən xəbər verir ki, yanğın 1951 - ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan evdə baş verib.

    Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb.

    Nəticədə ana 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.

    Yanğından xəsarət alanlar da olub. Xəsarət alanlar 1959-cu il təvəllüdlü Nərminə Kərim qızı Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı - 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur.

    O, ikinci mərtəbədən aşağı tullandığından müxtəlif dərəcəli travmalar da alıb.

    Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.

    300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb.

    İlkin ehtimala görə yanğın şamdan baş verib.

    Belə ki kənddə işıq söndüyündən şam yandıran ev sakinləri daha sonra onu nəzarətsiz qoyaraq yatıb.

    Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

    Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR