AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda gənclər arasında kompüter oyunu üzrə rayon çempionatı keçirilib

  • + A
  • - A
  • 17-09-2022, 19:32

    Masallıda gənclər arasında kompüter oyunu üzrə rayon çempionatı keçirilib

    Masallıda gənclər arasında kompüter oyunu üzrə rayon çempionatı keçirilib.

    Azadmedia.az - 13-14 sentyabr 2022-ci il tarixdə VİP 222 PlayStation kompüter oyunları klubunda Masallı rayon Gənclər və İdman İdarəsinin və VİP 222 PlayStation kompüter oyunları klubunun birgə təşkilatçılığı ilə gənclər arasında “Pes 2013” kompyuter oyunu üzrə rayon çempionatı keçirilib.

    İki gün davam edən Kompüter oyunları üzrə rayon çempionatının keçirilməsində də əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların məntiqi təfəkkürünün inkişafına nail olmaqdır.

    Çempionatın yekun nəticəsinə əsasən bütün rəqiblərindən güclü olan Nəcəfov Xəyal Akif oğlu 1-ci yer, Mirzəyev Elton Lazım oğlu isə isə 2-ci yerə layiq görülüblər.

    Yarşıda qalib gələn gənclər Masallı rayon Gənclər və İdman İdarəsi və VİP 222 PlayStation kompüter oyunları klubu tərəfindən diplomlar və pul mükafatları ilə mükafatlandırılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR