AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025-ci ilədək Qarabağa 1 milyona yaxın turistin səfəri gözlənilir

  • + A
  • - A
  • 8-10-2022, 16:00

    2025-ci ilədək Qarabağa 1 milyona yaxın turistin səfəri gözlənilir

    Azad olunan ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir.

    Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

    O qeyd edib ki, bu, daha böyük perspektivlərdən xəbər verir.

    “Qarabağın inkişafı və bərpası, o cümlədən, bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır. Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən, hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır",- deyə E.Hüseynov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR