Lənkərana investiya qoyuluşunda ötən illə müqayisədə 3,68 milyon manat artım müşahidə edilir.
Azadmedia.az - “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonumuzda özəl sektorun inkişafı diqqət mərkəzindədir. Belə ki, 2022-ci ilin 9 ayı ərzində rayona 19,39 milyon manat özəl investisiya qoyulub, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3.68 milyon manat çoxdur. Cari il ərzində istifadəyə verilmiş müəssisələrdə və xidmət sahələrində əlavə olaraq 800-ə yaxın vətəndaş daimi işlə təmin edilmiş, tikintisi davam edən obyektlərdə isə 450-dən çox vətəndaş mövsümi işlərə cəlb olunub. Qeyd edək ki, daimi və mövsümi işlərdə çalışanların əmək müqaviləsi əsasında işə qəbul olunmasına nəzarət edilir.
Hazırda iri həcmli layihələrdən olan “Dosa Mall” istirahət və ticarət, o cümlədən, uşaq əyləncə mərkəzlərinin, həmçinin “LP” MMC tərəfindən Lənkəran şəhərində plastik məmulatların istehsalı müəssisəsinin, MİDA və digər sahibklarlar tərəfindən bir neçə çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir və yaxın vaxtlarda bir neçə iri həcmli layihələrin təməlinin qoyulması planlaşdırılır. Növbəti ildə sözügedən obyektlərin istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da nəticədə çox sayda vətəndaşlarımızın işlə təmin olunmasına şərait yaradacaqdır.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.