Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəməri şəhərin su təchizatı sistemlərinə qoşulacaq. Bununla bağlı sutka ərzində rayonda su olmayacaq. Azadmedia.az xəbər verir ki, bu barədə "Azərsu" QSC-nin məlumatında deyilir. Sözü gedən məlumatı diqqətinizə çatdırırıq:25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq. Bununla əlaqədar 24 may 2023-cü il tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.