Son bir neçə gündür ki, bəzi media qurumları məşğul olmalı olduqları iş-güclərini buraxaraq, sanki başqa-başqa işlərlə məşğul olmağa qərar veriblər. Bu da onu göstərir ki, adının çəkilməsini istəmədiyimiz həmin media qurumlarının fəaliyyətləri, məhz fəaliyyətsizlikdən başqa bir şey deyil. Çünki, əgər onların fəaliyyətlərinin əsasında fəaliyyətlilik mövcud olsaydı, o halda həmin media qurumları ölkəmizdə, yaxud da dünyada baş verən əsaslı mövzulardan bəhs edər və baş verənlərlə bağlı lazımi jurnalist araşdırmaları aparmaqla, ortaya əsaslı nəticələr də qoyardılar. Diqqət yetirmək lazımdır ki, həmin media qurumları bu yöndə addımlarını atmaq əvəzinə, hal-hazırda daha ucuz mövzulardan ikiəlli yapışırlar və bununla da öz varlıqlarını sübut etməyə çalışırlar. Olmaz, bu qədər də olmaz! Sual oluna bilər ki, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevin əmri ilə Şərqi Zəngəzur Regional Məşğulluq filialına müdiri təyin olunan Məmmədzadə Sənan Raqub oğluna məxsus iki ədəd avtomobilin müzakirə olunması, görəsən bu gün nəyi dəyişəcək? Yaxud da dəyişə biləcəkmi? Əsla yox! Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, Sənan Məmmədzadəyə məxsus iki avtomobili müzakirə edən media mənsubları, nədənsə bu şəxsin bugünkü iş fəaliyyətini deyil, yalnız avtomobillərini media qurumlarında müzakirə edirlər? O halda ortaya belə bir sual çıxır ki, görəsən geniş ictimaiyyət üçün Şərqi Zəngəzur Regional Məşğulluq filialı müdirinin avtomobilləri, yoxsa bu şəxsin iş fəaliyyəti daha çox əhəmiyyət kəsb edir? Yəqin ki, bu yöndə sorğu keçirilərsə, o halda əldə olunan nəticələr bizim düncələrimizi tam şəkildə təsdiq edər.
Bundan əlavə, görəsən səbəb nədir ki, Sənan Məmmədzadənin iki ədəd avtomobilini müzakirə edənlər ayrı-ayrı vəzifə sahiblərinin, bir çox aparıcı simaların və s. şəxslərin sahib olduqları var-dövlətdən bəhs etmirlər, bir regiona müdir təyin olunan gəncə məxsus iki ədəd avtomobilin müzakirəsini aparırlar? Deməli, həmin media qurumları fəaliyyətlərini böyük şübhələr üzərində davam etdirirlər ki, bu gün də ortaya belə bir suallar çıxır. Daha yaxşı hal olmazmı ki, Sənan Məmmədzadə haqqında tənqidi məqalələr yayımlayan media qurumlarının əməkdaşları, məqalələri yayımlamazdan öncə lazımi araşdırmalar aparsınlar, bir çox həqiqətləri üzə çıxartmağı bacarsınlar. Təəssüflər olsun ki, bu gün onlar belə bir addımlarını atmaq əvəzinə, yalnız "ağalarından” aldıqları sifarişləri yerinə yetirirlər və bununla da bir növ işlərini bitmiş hesab edirlər. Sual oluna bilər ki, Sənan Məmmədzadənin iki ədəd avtomobilini müzakirə edənlər, nədən bu şəxsin yaxın qohum-əqrəbasının torpaqlarımızın bütövlüyünün təmin olunması uğrunda şəhid olmaları haqda məlumatları yayımlamırlar? Yaxud da, Sənan Məmmədzadənin daim şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və imtiyaz sahibi olan digər şəxslərə göstərdiyi diqqət və qayğını dilə gətirmirlər? Bəli, bütün bunları dilə gətirmək, geniş ictimaiyyətə Sənan Məmmədzadənin atdığı addımlar haqda məlumatları çatdırmaq, məhz həmin media qurumlarına heç də sərf etmir. Çünki, onların fəaliyyətləri şəffaflığa deyil, birbaşa qaragüruhçuluğa söykənir. Belə bir səbəblərdəndir ki, ara-sıra Sənan Məmmədzadə barəsində bu cür məqalələrə rast gəlmək mümkün olur. Faciə odur ki, Sənan Məmmədzadə barəsində hansısa media qurumunun yayımladığı məqaləni çox keçmir ki, başqa bir media qurumu təkrar yayımlayır. Əslində bu cür sifarişli məqalələrin yayımlanması könül bunlandırmaqdan başqa bir şey deyil. Faktdır ki, belə bir addımların atılması, yəni qərəzli məqalələrin yayımlanması, məhz onları yayımlayan şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə sahib olmadıqlarını da ortaya qoymuş olur.