AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib - ŞİH

  • + A
  • - A
  • 2-10-2023, 08:41

    Lənkəranda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib -


    Bakı, 2 oktyabr — Azadmedia.az


    Sentyabrın 30-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 iiliyinə həsr olunan tədbir keçirilib. “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda keçirilən tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himninin səslənməsindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva giriş nitqi ilə çıxış edib.
    İcra başçısının müavini “Əsrin müqaviləsinin” əhəmiyyətindən danışıb. Bildirilib ki, sözügedən müqavilənin imzalanması ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Onun sözlərinə görə, Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirən “Əsrin müqaviləsi”nin imzalanması məh Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün ölkəmizin dayanıqlı inkişafı təmin edilib, tarixi Zəfərin qazanılmasında əhəmiyyətli rol oynayıb.
    Daha sonra Lənkəran Dövlət Universitetinin (LDU) dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Natiq Mirzəyev, Lənkəran şəhər Statistika idarəsinin müdiri Vaqif Mustafayev və Lənkəran rayon Bəlləbur kənd tam orta məktəbinin müəllimi Bunyatzadə Əlisəfa mövzu ilə bağlı geniş və əhatəli çıxış ediblər. Bildirilib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolu artdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas aldı. Natiqlər iqtisadi və siyasi müstəqilliyimizin təmin olunduğunu və bunun nəticəsi olaraq hazırda işğaldan azad edilmiş ərazilərimizdə öz daxili imkanlarımız hesabına bərpa-quruculuq işlərinin geniş vüsət aldığını vurğulayıblar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR