Masallı, 26 may — Azadmedia.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət edib.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.