AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Gədəbəydə istedad müsabiqəsi keçirdi - FOTOLAR

  • + A
  • - A
  • 12-07-2024, 19:31

    İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Gədəbəydə istedad müsabiqəsi keçirdi - FOTOLAR


    İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihəni icra edir.

    QHT.az xəbər verir ki, layihə çərçivəsində 10 iyul 2024-cü il tarixində Gədəbəy rayonu Novosaratovka kənd diyarşünaslıq evində istedad müsabiqəsi keçirildi. Müsabiqədə müxtəlif sahələr üzrə istedadlar iştirak etdi. Bir- birindən maraqlı çıxışlar oldu.

    İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) çıxış edərək rayon sakinlərini salamlayıb və bildirib ki, layihə çərçivəsində regionlarda yaşayan istedadlı uşaq və gənclər aşkarlanacaq və tanınması üçün şərait yaradılacaq. Onların daha çox tanınması və inkişafı üçün bir çox işlər görüləcək.

    Qeyd edək ki, birlik layihə çərçivəsində Ucar, Şəki və Gədəbəydən sonra Bakıda müsabiqə keçirəcək. Şəki, Ucar, Gədəbəy rayonu və Bakıda keçirilən müsqabiqələrdən seçilən qaliblər avqust ayında Bakıda keçiriləcək yekun konsert tədbirində hədiyyə və diplomla mükafatlandırılacaq.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR