Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkənlərə psixoloji dəstək ” adlı layihə çərçivəsində 12.07.2024- cü il tarixində Bərdə rayonunda 588- ci məcburi köçkün qəsəbəsində tədbir keçirilib.
Tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert/psixoloq Aliyə İmanova, Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və 588 və 866-cı məcburi köçkün qəsəbəsindən 25 nəfər iştirak edib.
Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert/psixoloq A.İmanova müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün,şəhid,qazi ailələri) dövlət qayğısı, qayıdışla bağlı geniş məlumat verdi. Sonra mövzu ətrafında icma nümayəndələrinin çıxışı oldu. Onlardan Z.İsmayılov, E.Eyvazov, T.Səfərli, L.Əliyeva öz təssüratlarını bölüşdülər. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür etdilər.
İştirakçıları maraqlandıran suallar cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova təşəkkür etdi.
Layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək.
Hədəf qrupları Tərtər və Bərdə rayonlarıda 16-70 yaş arası əhali qrupudur( şəhid ailələri,qazilər,veteranlar,ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.