AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrasını davam etdirir - FOTOLAR / VİDEO

  • + A
  • - A
  • 23-07-2024, 16:18

    QHT "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrasını davam etdirir - FOTOLAR / VİDEO

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası davam edir.

    QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uyğun 19.07.2024- cü il tarixdə Samux rayon Mərkəzi Kitabxanada Samux rayonundan olan 20 nəfər Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu. Tədbirdə Bələdiyyə üzvlərinin layihə barədə məlumatlandırılması və onların idarəçilik istiqamətində Sorgu vasitəsi ilə ilkin bilik və bacarıqlarının qiymətləndirilməsi aparıldı. Tədbir zamanı mövzu ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi, ehtiyaclar müəyyənləşdirildi. Bundan əlavə layihə çərçivəsində Samux rayonunda daha 2 tədbir "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR