Ermənistanda Kadastr Komitəsi elektron sənəd qəbulunun dairəsini genişləndirib. Mətbuat konfransında dəyişikliklərlə bağlı kadastr komitəsinin rəhbərinin müşaviri Armen Aleksanyan çıxış edib.
O, hansı sənədlərin elektron qaydada təqdim olunacağını qeyd edib. bunlar hamısı hüquqi sənədlərdir ki, onların əsasında hüquqların dövlət qeydiyyatı aparılır
Elektron qaydada təqdim olunacaq sənədlərin həcmi ilə bağlı sualı cavablandıran məmur belə cavab verdi: “2023-cü ildə kağız formada 435 min sənəd təqdim olunub, bunu səhifələrin sayına çevirsək, çoxlu rəqəm əldə edəcəyik, çünki bir sənədin 40 səhifəyə qədəri ola bilər. 2024 İyulun 24-nə kimi artıq 182 min sənədin kağız variantı təqdim olunub”.