Türkiyənin Kahramanmaraş və Şanlıurfa vilayətlərində məktəblərə edilən hücumlarla bağlı qadağan olunmuş görüntüləri paylaşan şəxslər müəyyən edilib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu hesablarla bağlı aparılan tədbirlər çərçivəsində 72 vilayətin Respublika Baş Prokurorluqlarında ümumilikdə 661 hesab sahibi barəsində istintaqa başlanılıb:
"Onlardan 68 nəfər həbs olunub, 127 nəfər haqqında məhkəmə nəzarəti tədbiri, 5 nəfər haqqında isə Uşaqların Müdafiəsi Qanunu çərçivəsində tədbir görülüb. 117 nəfər sərbəst buraxılaraq ailələrinə təhvil verilib, 95 nəfərin isə saxlanılması və şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə, 249 şübhəli hazırda nəzarət altında saxlanılır, 1 104 sosial media hesabına isə giriş məhdudiyyəti tətbiq olunub".
Həmçinin, qeyd edilib ki, xüsusilə cəmiyyətin əmin-amanlığı və təhlükəsizliyini hədəf alan, məktəbləri ünvan göstərərək yeni hücumların həyata keçiriləcəyi barədə paylaşımlarla narahatlıq yaradan çoxsaylı istifadəçilər də müəyyən edilib.
275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb və onların barəsində hüquqi prosedurlar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.