AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstedadlı Əlillər Ictimai Birliyi layihə çərçivəsində tədbir keçirib - FOTOLAR

  • + A
  • - A
  • 29-07-2024, 11:42

    İstedadlı Əlillər Ictimai Birliyi layihə çərçivəsində tədbir keçirib - FOTOLAR


    İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri DTSER Agentliyinin tabeliyində Xaçmaz şəhər Əlillərin Reabiltasiya Mərkəzində həyata keçirildi.

    QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə Naftalan şəhəri, Yevlax rayonu, Xaçmaz rayonu və Şirvan şəhərini əhatə etməklə 3 ay müddətində icra edilir. Layihənin məqsədi bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.

    Layihənin eksperti Rəşad Həsənov əlilliyi olan şəxslərin Dövlət Məşğulluq Agentliyinin həyata kecirdiyi aktiv məşğuluqdan və Özünəməşğulluq proqramlarından necə yararlana biləcəkləri barədə geniş məlumat verdi. Tədbir çərçivəsində Abilimpiya hərəkatı və Paralimpiya idman növləri, Dost Yaradıcılıq və İnkluziv Mərkəzlərdən, peşə-reabilitasiya mərkəzlərindən yararlanması haqqında da ətraflı məlumat verildi və bu kimi mərkəzlərə necə müraciyət olunacağı barədə, əliliyi olan şəxslərə aydın formada izah olundu, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.

    Tədbirdə, Xaçmaz şəhər İcra Hakimiyyətinin nümayəndəsi Didarov Taryel, DTSER Agentliyinin Xaçmaz Şəhər Reabiltasiya mərkəzinin məsul əməkdaşı Daşdəmirov Cəlil, ƏƏSMN-nin tabeliyində DMA-nın Quba-Xaçmaz RMF idarəsinin Xaçmaz rayon xidmət şöbəsinin böyük mütəxəssisi Toğrul Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba-Xaçmaz regianal kordinatoru Azər Pənahov, ƏƏSMN-nin tabeliyində SXA-nin Xaçmaz rayon filalının Rəhbəri İlham Ağayev çıxış edərək bildirdilər ki, bu kimi layihələr aktualdır və belə tədbirlərin bölgələrdə yaşayan əlilliyi olan şəxslərin maarifləndirilməsi üçün keçirilməsi çox vacibdir.

    Tədbirdə əliliyi olan şəxslərin fərdi olaraq problemləri dinlənildi və aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən məsələlərin qanun çərçivəsində həll olunacaqları qeyd edildi. Tədbir iştrakçısı, Şabran rayon sakini ıı qrup əlil Fərhad Rəhimov Peşə reabilitasiya mərkəzindən yararlanmasını xahiş etdi və lazım olan sənədləri toplanıb SXA-nin yerli filialına yaxınlaşması tövsiyə olundu. Tədbirin sonunda layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR