AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan layihənin icrası davam edir - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2024, 14:21

    Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan layihənin icrası davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" layihəsinin icrası davam edir.

    QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uygun 31.07.2024- cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Göygöl rayonundan olan qadın Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu.Tədbirdə qadın Bələdiyyə üzvlərinə "Peşəkar idarəçilik nədir? Hansı səriştələr qazanılmalıdır? Peşəkar idarəçilikdə aktiv iştirakçılıq bacarıqları, peşəkar idarəçilik bacarıqlarında kommunikasiya. peşəkar bacarıqlarında zamanın idarəedilməsi" mövzularını əhatə edən 2 hissədən ibarət təlim keçirildi.

    Daha sonra mövzu ətrafında müzakirələr aparıldı,təkliflər səsləndirildi. Bundan əlavə layihə çərçivəsində Göygöl rayonunda daha 1 tədbir "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzusunda təlimin keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR