AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə kibertəhlükəsizlik mövzusunda hakaton təşkil olunub

  • + A
  • - A
  • 1-08-2024, 14:24

    Ölkədə kibertəhlükəsizlik mövzusunda hakaton təşkil olunub

    26-27 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Holberton Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə hakaton keçirilib. Hakatonun açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri iştirak ediblər. Hakatonda ilk dəfə iki müxtəlif təlim mərkəzinin məzun proqramçıları və kibertəhlükəsizlik mütəxəssisləri bir araya gələrək kibertəhlükəsizlik üzrə maarifləndirmə və fişinq platforması yaradıblar. 24 saat davam edən müsabiqədə 11 komanda iştirak edib.

    Qeyd edək ki bu hakaton kibertəhlükəsizlik üzrə milli startaplara dəstək bloku olan “CyberPark” çərçivəsində həyata keçirilib.
    “CyberPark” bloku qabaqcıl kibertəhlükəsizlik məhsulları hazırlamağa yönəlmiş proqram təminatı mütəxəssisləri üçün dinamik və əlverişli mühit yaradır. Hərtərəfli təlim proqramlarına istedadlı mütəxəssisləri cəlb etməklə, onların yüksək səviyyədə texniki və biznes dəstəyi almasını təmin edir. Nəticədə bu təşəbbüs kibertəhlükəsizlik sahəsində startapların düzgün formalaşmasına və sənayenin davamlı inkişafına zəmin yaradır.
    “CyberPark”ın bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə kibertəhlükəsizlik məhsullarının, platformalarının yaranmasını təşviq etmək, kibertəhlükəsizlik ekosistemini inkişaf etdirməkdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR