AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə çərçivəsində ehtiyaclı qadınlara bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə 2-ci təlim keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 9-08-2024, 18:06

    Layihə çərçivəsində ehtiyaclı qadınlara bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə 2-ci təlim keçirildi - FOTOLAR

    "Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Həyatının sahibi özün ol!” layihəsinin icra planına uyğun olaraq 8 avqust 2024-cü il tarixdə saat 14.00-da Bakı şəhəri, Məhəmmədhəsən Hacınski 151 ünvanda yerləşən “Beauty By Priyeva” gözəllik salonunda ehtiyaclı ailələrdən olan 15 qadına bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə 2-ci təlimi həyata keçirdi.

    QHT.az xəbər verir ki. təlim çox maraqlı oldu. Təlimçi Hicran Priyeva təlimə cəlb olunan qızlara bərbərlik peşəsi haqqında məlumat verərək onlara saç kəsimini öyrətdi. Təlimdə çıxış edən "Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyinin sədri Fatma Allahyarova bildirdi ki, bizim layihəmizin əsas məqsədi də odur ki, layihəyə cəlb etdiyimiz ehtiyaclı ailələrdən olan bu 15 qıza bərbərlik peşəsini örgətmək və onların iş həyatına inteqrasiya olunmalarına yardım etməkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR