AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilliyinə namizəd Göydəniz Qəhrəmanov seçicilərlə görüşdü

  • + A
  • - A
  • 12-08-2024, 18:28

    Millət vəkilliyinə namizəd Göydəniz Qəhrəmanov seçicilərlə görüşdü

    Millət vəkilliyinə namizəd Göydəniz Qəhrəmanovun Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən olan seçicilərlə geniş tərkibdə görüşü baş tutdu.

    Görüş zamanı ilk olaraq torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Daha sonra seçicilərə millət vəkilliyinə namizədin platforması çərçivəsində irəli sürdüyü gələcək planları, hədəf və məqsədləri haqqında geniş məlumat verildi. Həmçinin seçiciləri maraqlandıran suallar cavablandırıldı, fikir və təkliflər dinlənildi. Öz nöbsində Göydəniz Qəhrəmanov səlahiyyətləri çərçivəsində dəstək göstərəcəyini bildirdi.

    Görüşdə iştirak edən xalq artisti, şəhid Rövşən Nuruzadənin atası Əli Nur və
    Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev sakinləri seçki günü aktiv olmağa çağırdı.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR