AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali Məhkəmənin hakimi Kəmalə Abiyeva həbsdə olan icra başçısının yeyintiləri ilə bağlı iki zidd qərar çıxarıb

  • + A
  • - A
  • 13-08-2024, 09:45

    Ali Məhkəmənin hakimi Kəmalə Abiyeva həbsdə olan icra başçısının yeyintiləri ilə bağlı iki zidd qərar çıxarıb

    Biləsuvar rayonunun həbsdə olan icra başçısı Mahir Quliyev dövlət büdcəsi hesabına tikdirdiyi “Gənclər Evi” və Bayraq Muzeyi” inzibati binalarının inşasını həyata keçirən şirkətə yarım milyon manat ödənişdən yayınıb. Binaların tikintisi ilə bağlı ödənişin edilməməsinə görə 2 fərqli məhkəmə prosesi aparılıb. Bir neçə instansiya davam edən məhkəmə proseslərinə yekunda Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyevanın sədrliyi ilə baxılıb.
    Azadmedia.az-a daxil olan məlumata görə Biləsuvar rayon icra hakimiyyəti 2017-ci il dekabrın 18-da “Perlit” MMC ilə müqavilə imzalayaraq binaların tikintisinə 1 milyon 350 min 500 manat ödəniləcəyi qeyd edilib. Lakin “Perlit” MMC-nin rəhbəri Məhərrəm Ömrümov məhkəmədə bildirib ki, icra başçısı Mahir Quliyev bu puldan ona yalnız 900 min manat ödəniş edib. Binaların inşası üçün tikinti materiallarını təmin edən sahibkar Azər İsayev də “Perlit” MMC-yə qarşı iddia qaldıraraq qeyd edib ki, alınan mallara görə ona 156 min manat borclu qalıblar. A.İsayev qeyd edib ki, ödənişlə bağlı soruşanda Məhərrəm Ömrümov icra başçısı Mahir Quliyevin qalan vəsaiti ödəmədiyini bildirib. Azər İsayev ödənişlə bağlı özü Mahir Quliyevlə bir neçə dəfə görüşsə də, nəticə əldə edə bilməyib və yalnız icra başçısının həbsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Məhərrəm Ömrümov qarşı iddia qaldırıb. Məhərrəm Ömrümov binaların tikintisi ilə bağlı qeydlər apardığı dəftərdə “Azər - 156 000 manat” yazısını məhkəmə sübut kimi qəbul edib. Hakim Kəmalə Abiyevanın qərarı ilə 156 min manat pulun Məhərrəm Ömrümovdan tutularaq Azər İsayevə ödənilməsi haqda qərar çıxarılıb.

    “Perlit” MMC-nin rəhbəri Məhərrəm Ömrümovun Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü iddiaya da Ali Məhkəmənin hakimi Kəmalə Abiyevanın sədrliyi ilə baxılıb. “Perlit” MMC tərəfindən tenderlə bağlı məhkəməyə təqdim olunmuş qiymət cədvəlləri imzalanıb möhürlə təsdiq olunmadığı üçün sübut kimi qəbul olunmayıb. Məhkəmə yekunda belə qərara gəlib ki, MMC ilə İcra Hakimiyyəti arasında müqavilə imzalansa da, həmin binaların “Perlit” MMC tərəfindən tikildiyi sübuta yetirilmir. Hakim Kəmalə Abiyeva iddianı təmin etməyib.

    Qeyd edək ki, Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR