"Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Həyatının sahibi özün ol!” layihəsinin icra planına uyğun olaraq 12 avqust 2024-cü il tarixdə saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində böyüyən uşaqlarla insan alveri problemi ilə bağlı maarifləndirmə tədbiri həyata keçirdi.QHT.az xəbər verir ki, tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin İnsan Alveri Qurbanları ilə İşin Təşkili Şöbəsinin rəisi, polis polkovniki Araz Babayev, DİN-nin nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş Əməliiyat Müvəkkili polis polkovnik-leytenantı İbrahim Əhmədov da iştirak etdilər.
Günün ikinci yarısı isə "Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi layihənin icra planına uyğun olaraq Bakı şəhəri, Məhəmmədhəsən Hacınski 151 ünvanda yerləşən “Beauty By Priyeva” gözəllik salonunda ehtiyaclı ailələrdən olan 15 qadına bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə 3-cü təlimini həyata keçirdi.Təlim çox maraqlı oldu. Təlimin sonunda iştirakçılara sertifikat verildi. Eyni zamanda təlim üçün alınmış ləvazimatlar da aktiv iştirakçılara paylanıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.