Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrasını Şabran rayonunun Xəlfələr və Yeləkəsən kəndlərində davam etdirib.QHT.az xəbər verir ki, layihənin rəhbəri Gülsənəm Əmrahova saytımıza məlumat verərək bildirib ki, 6 avqust 2024-cü il tarixdə Xəlfələr kəndində məskunlaşmış Şıxələkbərova Şəmsiyyə Musa qızının və 9 avqust 2024-cü il tarixdə Yeləkəsən kəndində məskunlaşmış Əliyev Xudaverdi Əskər oğlunun ailələrində görüşlər keçirilib. Görüş əsnasında Qərbi Azərbaycanın tariximizin ayrılmaz parçası olmaqla son iki əsr ərzində ermənilərin törətdiyi müsibətlərdən söz açılıb.
Tarixi torpaqlarımıza kənar ölkələrin ərazisindən köçürülmüş bədnam ermənilər tərəfindən öz havadarlarına arxalanaraq zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımlar və deportasiyalar nəticəsində əzəli yurd yerlərindən didərgin salınan, uzun müddət torpaq nisgili ilə yaşamış soydaşlarımızın məskunlaşdığı kəndlərdə belə aktuallıq kəsb edən mövzu ətrafında hazırlanmış layihənin həyata keçirilməsi qayıdış prosesinə yönəlik addım olduğu sakinlər minnətdarlıq hissi ilə bildiriblər.
Bu tarixi haqsızlığın qarşısının birdəfəlik alınması, soydaşlarımızın ləyaqətli, sosial-iqtisadi imkanlar əsasında geriyə dönüşünün təşkilinə yönəlik təbliğat xarakterli görüş və tədbirlərin təşkil edilməsi istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları üçün prioritet istiqamət olduğu vurğulanıb. Bütün görüşlərdə olduğu kimi soydaşlarımızın ailələrinə layihənin motivləri əsasında hazırlanaraq nəşr etdirilən “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitabçalar paylanılıb. Görüşlərdə Düzbilici İnzibati Ərazi dairəsi üzrə nümayəndənin müavini Zümrüd Tarverdiyeva və Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak ediblər.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.