Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən yeddi şəhid dəfn olunacaq
Bu gün 1-ci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
Hərbçilər
▪️ Camalov Elman Hüseyn oğlu
▪️ Əbilov Əbülfəz Əbülfət oğlu
▪️ Hüseynov Cavanşir Ərşad oğlu
▪️ Mülki şəxs Şirinov Tahir Şirin oğlu Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
▪️ Hərbçi İbrahimov Camaləddin İbad oğlu Bakının Əmircan kəndində dəfn olunacaq.
▪️ Hərbçi Yarıyev Qənbər Teymur oğlu Salyan rayonu Şəhidlər Xiyabanında dəfn ediləcək.
▪️ Mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.